Biz nə ediriksə, sevgi ilə təhsil və toplum üçün dürüstcəsinə edirik!
Son Xəbərlər

Haqqımızda

Azərbaycan Maarifçilər Assosiasiyası (AMA) təhsil sahəsində ümumi məqsədlərə nail olmaq üçün bu sahədə çalışanların birgə fəaliyyətini əlaqələndirən birlikdir. AMA Respublikanın müxtəlif bölgələrində çalışan təhsil işçilərinin təşəbbüsü ilə təsis olunub. Assosiasiyanın tərkibində "Maarifçi" Təlim və Konsultasiya Mərkəzi də fəaliyyət göstərir. 

AMA üzvlər arasından seçilən 11 nəfərlik idarə heyəti tərəfindən idarə olunur. İdarə heyəti 1 il müddətinə seçilir. İdarə heyətinin çıxardığı qərarlar bölgələr üzrə olan koordinatorlar tərəfindən bütün üzvlərə çatdırılır.

Biz aşağıdakı dəyərlərə inanan və onları paylaşan hər bir təhsil işçisini assosiasiyamıza üzv qəbul edirik:

1. Sevgi - irqindən, cinsindən, vəzifə və statusundan asılı olmayararaq hər kəsə sevgi ilə yanaşmaq;
2. Təhsil - hər yerdə və hər zaman təhsili əsas tutmaq;
3. Toplum - hər bir işdə toplumun, cəmiyyətin inkişafını düşünmək;
4. Dürüstlük - özünə və digərlərinə qarşı dürüst olmaq.

Daha ətraflı məlumat almaq və ya üzv olmaq üçün elektron poçt ünvanımıza yaza bilərsiniz: maarifciler.az@gmail.com

Dİgər Maarİfçİ XəbərlərİNİ oxumusan?