Biz nə ediriksə, sevgi ilə təhsil və toplum üçün dürüstcəsinə edirik!
Son Xəbərlər

Wednesday, March 2, 2022

AMA-nın yeni layihəsi - Maarifçi Kartı

Azərbaycan Maarifçilər Assosiasiyası uzun müddətdir hazırladağı layihəni təqdim edib.

Böyük marağa səbəb olan bu layihə Azərbaycanda bir ilkdir deyə bilərik. AMA öz üzlərinə təqdim edəcəyi bu yeni layihənin adı "Maarifçi Kartı"dır. Azərbaycanda bir ilk olacaq bu fəaliyyət təqdimat zamanı böyük marağa səbəb olub.

Bəs bu kartı əldə edəcək maarifçilər nə əldə edəcəklər?

Wednesday, February 23, 2022

Daimiləşmə müsabiqəsinə başlanılır

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində müddətli müqavilə əsasında işə qəbul olmuş namizədlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə daimiləşmə müsabiqəsinə start verilir. Müsabiqədə iştirak üçün elektron sənəd qəbulu 1-7 mart tarixlərində həyata keçiriləcək. Namizədlər 1 mart saat 00:00-dan etibarən www.miq.edu.az/muqavile saytına daxil olaraq daimiləşmə müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün son tarix 7 mart saat 23:59-dur. Qeyd edək ki, cari tədris ili üzrə daimiləşmə müsabiqəsi ənənəvi formatda həyata keçiriləcək. Namizədlərin daxil etdiyi məlumatlar yoxlanıldıqdan sonra müsahibənin keçiriləcəyi tarix, saat və məkan barədə məlumat şəxsi səhifələrə göndəriləcək.

Tuesday, February 22, 2022

Su Çərşənbəmiz Mübarək!


N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından  verilən xəbərə görə, bu ilin ilk çərşənbəsi - Su çərşənbəsi fevral ayının 22-nə təsadüf edəcək. Novruzun - bahar bayramının gəlişini müjdələyən çərşənbələrin ilki olan Su çərşənbəsi ilə təbiətdə ilk olaraq su cana gəlir.

Dİgər Maarİfçİ XəbərlərİNİ oxumusan?