Biz nə ediriksə, sevgi ilə təhsil və toplum üçün dürüstcəsinə edirik!
Son Xəbərlər

Saturday, March 5, 2022

Şəmkirdə "Öz layihəni özün yaz" adlı master klass keçirilib

Azərbaycan Maarifçilər Assosiasiyası "Maarifçi" Təlim və Konsultasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə "Öz layihəni özün yaz" adlı layihə yazılışı üzrə Master Klasslarına davam edir.

Növbəti Master Klass 4 mart tarixində Şəmkir şəhərində keçirildi. Master Klası Şəmkir şəhər təhsil şöbəsinin müdiri Qüdrət Əliyev açaraq görüş iştirakçılarına uğurlar arzuladı. Daha sonra "Maarifçi" TKM-nin direktoru Pərviz Bilişzadə Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqə haqqında müəllimlərə məlumat verdi.

40-a yaxın müəlliminin qatıldığı Master Klasda AMA-nın sədri, layihə yazılışı və idarəçiliyi üzrə təlimçi ekspert Tofiq Sadıxov Şəmkir maarifçilərinə sosial layihələrin yazılması, ideyadan layihə şəklinə salınması, məqsəd və vəzifələr, görüləcək işlər, səbəb və nəticə əlaqələri, layihə büdcəsinin formalaşdırılması və s. bölmələr üzrə məlumat verdi. İnteraktiv şəkildə keçən görüşdə müəllimlər onları düşündürən və layihə yazılışı prosesində çətin görsənən məqamları haqqında olan suallarına cavab tapa bildilər. Master Klassın keçirilməsndə göstərdiyi dəstəyə görə Şəmkir şəhər təhsil şöbəsi rəhbərliyinə təşəkkür edirik. 

Növbəti Master Klassın Sizin bölgədə keçirilməsini istəyirsinizsə "Maarifçi" Təlim və Konsultasiya Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Təlimdən fotoları təqdim edirik:

      

      

      

Dİgər Maarİfçİ XəbərlərİNİ oxumusan?