Biz nə ediriksə, sevgi ilə təhsil və toplum üçün dürüstcəsinə edirik!
Son Xəbərlər

Thursday, March 3, 2022

Tovuzda "Öz layihəni özün yaz" adlı master klass keçirilib

Azərbaycan Maarifçilər Assosiasiyası "Maarifçi" Təlim və Konsultasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə "Öz layihəni özün yaz" adlı layihə yazılışı üzrə Master Klasslarına davam edir.

Növbəti Master Klass 3 mart tarixində Tovuz rayonunda keçirildi. Master Klası "Maarifçi" TKM-nin direktoru Pərviz Bilişzadə giriş sözü ilə açaraq Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqə haqqında müəllimlərə məlumat verdi və iştirakçılara uğurlar arzuladı.

19 müəlliminin qatıldığı Master Klasda AMA-nın sədri, layihə yazılışı və idarəçiliyi üzrə təlimçi ekspert Tofiq Sadıxov Tovuz maarifçilərinə sosial layihələrin yazılması, ideyadan layihə şəklinə salınması, məqsəd və vəzifələr, görüləcək işlər, səbəb və nəticə əlaqələri, layihə büdcəsinin formalaşdırılması və s. bölmələr üzrə məlumat verdi. İnteraktiv şəkildə keçən görüşdə müəllimlər onları düşündürən və layihə yazılışı prosesində çətin görsənən məqamları haqqında olan suallarına cavab tapa bildilər. Master Klassın keçirilməsndə göstərdiyi dəstəyə görə Tovuz rayon təhsil şöbəsi rəhbərliyinə təşəkkür edirik. 

Növbəti Master Klassın Sizin bölgədə keçirilməsini istəyirsinizsə "Maarifçi" Təlim və Konsultasiya Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Təlimdən fotoları təqdim edirik:

       
      

Bizi izləyin:
Facebook    |  İnstagram  |  Telegram   |    Whatsapp
   




Dİgər Maarİfçİ XəbərlərİNİ oxumusan?