Pedaqoji və inzibati-idarəetmə heyəti tərəfindən elektron qiymətləndirmənin səmərəli təşkili və sənədləşmə prosesinin rəqəmsallaşması məqsədilə bu istiqamətdə bir sıra təlimlər həyata keçirilib. Elektron jurnal və gündəlik platformasının əsas bölmələrinin işlənməsi, dərs cədvəlinin tərtib edilməsi, elektron profilin tənzimlənməsi və şagird bölməsi ilə iş mövzularını əhatə edən təlimlərə 114 nəfər peşəkar təlimçinin iştirakı ilə 13 777 nəfər müəllim və 450 nəfər inzibati-idarəetmə heyətinin əməkdaşları qatılıb. Qeyd edək ki, 2020-2021-ci tədris ilindən etibarən ölkənin seçilmiş təhsil müəssisələrində “e-Jurnal” layihəsinin tətbiqi prosesinə başlanılıb. Hazırda Bakı, Sumqayıt və 11 bölgəni əhatə edən 204 təhsil müəssisəsində elektron jurnal və gündəlik layihəsi tətbiq olunur.
Mənbə: edu.gov.az
_
Facebook | İnstagram | Telegram | Whatsapp | YouTube