AMA üzvlər arasından seçilən 11 nəfərlik idarə heyəti tərəfindən idarə olunur. İdarə heyəti 1 il müddətinə seçilir. İdarə heyətinin çıxardığı qərarlar bölgələr üzrə olan koordinatorlar tərəfindən bütün üzvlərə çatdırılır.
Biz aşağıdakı dəyərlərə inanan və onları paylaşan hər bir təhsil işçisini assosiasiyamıza üzv qəbul edirik:
1. Sevgi - irqindən, cinsindən, vəzifə və statusundan asılı olmayararaq hər kəsə sevgi ilə yanaşmaq;
2. Təhsil - hər yerdə və hər zaman təhsili əsas tutmaq;
3. Toplum - hər bir işdə toplumun, cəmiyyətin inkişafını düşünmək;
4. Dürüstlük - özünə və digərlərinə qarşı dürüst olmaq.
Daha ətraflı məlumat almaq və ya üzv olmaq üçün elektron poçt ünvanımıza yaza bilərsiniz: maarifciler.az@gmail.com