Biz nə ediriksə, sevgi ilə təhsil və toplum üçün dürüstcəsinə edirik!
Son Xəbərlər

Thursday, March 24, 2022

Maarifçilərimiz bu kartla endirimlər əldə ediblər / Azərbaycan Maarifçi Kartı

Azərbaycan Maarifçi Kartı üçün müraciət edən və 17 marta kimi bütün mərhələləri tamamlayan maarifçilərimizin kartları hazırlanmışdır.

İlkin olaraq kartlar Eğitimde Yeni Trendler / İstanbul Eğitim Forumu 2022 iştirakçıları üçün təqdim edilmişdir. Türkiyədə maarifçilərimiz bu kartla müxtəlif kateqoriyalı xidmət məkanlarından müxtəlif faizli endirim əldə ediblər.

Saturday, March 5, 2022

Şəmkirdə "Öz layihəni özün yaz" adlı master klass keçirilib

Azərbaycan Maarifçilər Assosiasiyası "Maarifçi" Təlim və Konsultasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə "Öz layihəni özün yaz" adlı layihə yazılışı üzrə Master Klasslarına davam edir.

Növbəti Master Klass 4 mart tarixində Şəmkir şəhərində keçirildi. Master Klası Şəmkir şəhər təhsil şöbəsinin müdiri Qüdrət Əliyev açaraq görüş iştirakçılarına uğurlar arzuladı. Daha sonra "Maarifçi" TKM-nin direktoru Pərviz Bilişzadə Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqə haqqında müəllimlərə məlumat verdi.

Thursday, March 3, 2022

Tovuzda "Öz layihəni özün yaz" adlı master klass keçirilib

Azərbaycan Maarifçilər Assosiasiyası "Maarifçi" Təlim və Konsultasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə "Öz layihəni özün yaz" adlı layihə yazılışı üzrə Master Klasslarına davam edir.

Növbəti Master Klass 3 mart tarixində Tovuz rayonunda keçirildi. Master Klası "Maarifçi" TKM-nin direktoru Pərviz Bilişzadə giriş sözü ilə açaraq Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqə haqqında müəllimlərə məlumat verdi və iştirakçılara uğurlar arzuladı.

Dİgər Maarİfçİ XəbərlərİNİ oxumusan?