Biz nə ediriksə, sevgi ilə təhsil və toplum üçün dürüstcəsinə edirik!
Son Xəbərlər

Saturday, June 25, 2022

2. MİQ Elektron Sınaq İmtahanı keçiriləcək

Əziz maarifçilər, SON kompüterlə (qəbul standartl
arına uyğun) keçiriləcək 2. MİQ Elektron Sınaq İmtahanımıza qeydiyyat başlamışdır.

🎯 İmtahan sualları ekspert müəllim heyəti tərəfindən qiymətləndirmə çərçivəsinə uyğun olaraq hazırlanacaqdır.

📅 İmtahan tarixi: 05 iyul 2022

⏰ İmtahan saatları: 09:00 və 13:50 (bölgələrdən gələnlər üçün)

🔗 Qeydiyyat Linki: https://maarifciler.az/miqsinaq/

💳 İmtahan ödənişi: 14 AZN

Wednesday, April 6, 2022

"Akıl ve Zeka oyunları" təlimi / İstanbul / 2-6 may 2022



"İstanbul Zeka ve Akıl oyunları" təlimləri / 2-6 may 2022-ci il / İstanbul, Türkiyə

KİMLƏR QOŞULA BİLƏR: "Ağıl və Zəka oyunları təlimi"nə Türkiyə və Azərbaycandan olan məktəbəqədər, ibtidai və özəl tədris mərkəzində 5-10 yaşlı uşaqlara dərs keçən maarifçilər, bu sahə ilə maraqlanan təhsil işçiləri qoşula bilər.

NƏ ƏLDƏ EDƏCƏKSİNİZ: Forum 2-6 may  2022-ci il tarixlərində "2.Eğitimde Yeni Trendler" çərçivəsində baş tutacaq. Səfərə qoşularaq 3 günlük təlimdə iştirak etməklə yanaşı türk təhsil sistemi ilə tanış olacaq, təlimdən sonrakı asudə vaxtda məktəbdə olan oxatma və ebru sənəti ilə tanış olacaq, Türkiye Milli Eğitim Bakanlığı tərəfindən verilən beynəlxalq sertifikat əldə edəcək, türk müəllim həmkarlarınızla tanış olacaq, muzey və mədəni tədbirlərdə iştirak edəcəksiniz.

TƏDBİRİN DETALLARI:
✈ 🇦🇿 Bakı-İstanbul-Bakı təyyarə bileti🇹🇷
🕙 2-6 may 2022-ci il
🏢 "Ağıl və zəka oyunları" təlimi
🎓 Beynəlxalq SERTİFİKAT
🎭 Muzey ziyarətləri
🛍 Alış- Veriş üçün asudə vaxt
📜Forumda iştirak SERTİFİKATı
🍽 Qidalanma və oteldə yerləşmə

NECƏ QOŞULMAQ OLAR: Proqramla bağlı ətraflı məlumat üçün +994 55 201 76 26 nömrəsinə yaza və ya zəng edə bilərsiniz.

FORUMU KİM TƏŞKİL EDİR: Eğitimde Yeni Trendler / İstanbul Eğitim Forumu 2022  Azərbaycan Maarifçilər Assosiasiyasının layihəsidir. Biz nə ediriksə sevgi ilə, təhsil və toplum üçün dürüstcəsinə edirik.

Forum haqqında fikirlər


Monday, March 28, 2022

Maarifçilərimiz beynəlxalq tədbirdən geri dönüblər

Azərbaycan Maarifçilər Assosisasiyasının təşəbbüsü və İstanbul Doğuş Universiteti, İstanbul Topkapı Universiteti və Şəhid Fikrət Mətin Öztürk adına orta məktəbin birgə təşkilatçılığı ilə 21-25 mart 2022-ci il tarixlərində İstanbulda “Eğitimde Yeni Trendler- İstanbul Eğitim Forumu 2022” keçirilmişdir. Forumun məqsədi iki ölkə arasındakı maarifçilərin bir-biri ilə daha yaxından tanış olub tədris prosesi və təhsildəki yenilikləri müzakirə etmələri, fikir və təcrübə mübadiləsi aparmaqları üçün imkan yaratmaq idi. 5000-dən çox üzvü ilə ölkənin ən böyük təhsil icmasını təmsil edən Azərbaycan Maarifçilər Assosiasiyası bu foruma 48 nəfərlik Azərbaycan maarifçisi ilə qatılmışdı. Foruma qatılan iştirakçılar Bakı ilə yanaşı, Gəncə, Lənkəran, Salyan, Tovuz, Füzuli, Beyləqan, Salyan, İmişli, Xocavənd məktəblərinin direktorları, dərs hissə müdirləri və müəllimləri idi.

Thursday, March 24, 2022

Maarifçilərimiz bu kartla endirimlər əldə ediblər / Azərbaycan Maarifçi Kartı

Azərbaycan Maarifçi Kartı üçün müraciət edən və 17 marta kimi bütün mərhələləri tamamlayan maarifçilərimizin kartları hazırlanmışdır.

İlkin olaraq kartlar Eğitimde Yeni Trendler / İstanbul Eğitim Forumu 2022 iştirakçıları üçün təqdim edilmişdir. Türkiyədə maarifçilərimiz bu kartla müxtəlif kateqoriyalı xidmət məkanlarından müxtəlif faizli endirim əldə ediblər.

Saturday, March 5, 2022

Şəmkirdə "Öz layihəni özün yaz" adlı master klass keçirilib

Azərbaycan Maarifçilər Assosiasiyası "Maarifçi" Təlim və Konsultasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə "Öz layihəni özün yaz" adlı layihə yazılışı üzrə Master Klasslarına davam edir.

Növbəti Master Klass 4 mart tarixində Şəmkir şəhərində keçirildi. Master Klası Şəmkir şəhər təhsil şöbəsinin müdiri Qüdrət Əliyev açaraq görüş iştirakçılarına uğurlar arzuladı. Daha sonra "Maarifçi" TKM-nin direktoru Pərviz Bilişzadə Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqə haqqında müəllimlərə məlumat verdi.

Thursday, March 3, 2022

Tovuzda "Öz layihəni özün yaz" adlı master klass keçirilib

Azərbaycan Maarifçilər Assosiasiyası "Maarifçi" Təlim və Konsultasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə "Öz layihəni özün yaz" adlı layihə yazılışı üzrə Master Klasslarına davam edir.

Növbəti Master Klass 3 mart tarixində Tovuz rayonunda keçirildi. Master Klası "Maarifçi" TKM-nin direktoru Pərviz Bilişzadə giriş sözü ilə açaraq Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqə haqqında müəllimlərə məlumat verdi və iştirakçılara uğurlar arzuladı.

Wednesday, March 2, 2022

AMA-nın yeni layihəsi - Maarifçi Kartı

Azərbaycan Maarifçilər Assosiasiyası uzun müddətdir hazırladağı layihəni təqdim edib.

Böyük marağa səbəb olan bu layihə Azərbaycanda bir ilkdir deyə bilərik. AMA öz üzlərinə təqdim edəcəyi bu yeni layihənin adı "Maarifçi Kartı"dır. Azərbaycanda bir ilk olacaq bu fəaliyyət təqdimat zamanı böyük marağa səbəb olub.

Bəs bu kartı əldə edəcək maarifçilər nə əldə edəcəklər?

Wednesday, February 23, 2022

Daimiləşmə müsabiqəsinə başlanılır

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində müddətli müqavilə əsasında işə qəbul olmuş namizədlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə daimiləşmə müsabiqəsinə start verilir. Müsabiqədə iştirak üçün elektron sənəd qəbulu 1-7 mart tarixlərində həyata keçiriləcək. Namizədlər 1 mart saat 00:00-dan etibarən www.miq.edu.az/muqavile saytına daxil olaraq daimiləşmə müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün son tarix 7 mart saat 23:59-dur. Qeyd edək ki, cari tədris ili üzrə daimiləşmə müsabiqəsi ənənəvi formatda həyata keçiriləcək. Namizədlərin daxil etdiyi məlumatlar yoxlanıldıqdan sonra müsahibənin keçiriləcəyi tarix, saat və məkan barədə məlumat şəxsi səhifələrə göndəriləcək.

Tuesday, February 22, 2022

Su Çərşənbəmiz Mübarək!


N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından  verilən xəbərə görə, bu ilin ilk çərşənbəsi - Su çərşənbəsi fevral ayının 22-nə təsadüf edəcək. Novruzun - bahar bayramının gəlişini müjdələyən çərşənbələrin ilki olan Su çərşənbəsi ilə təbiətdə ilk olaraq su cana gəlir.

Monday, February 21, 2022

Müəllimlərin işə qəbulu və iş yerinin dəyişdirilməsi müsabiqələri üzrə qaydalarda tətbiq edilən yeniliklərə dair infoqrafika

Müəllimlərin işə qəbulu və iş yerinin dəyişməsində 2022-ci il üçün tətbiq ediləcək yeniliklər haqqında infoqrafik məlumatla tanış ola bilərsiniz.








Mənbə: edu.gov.az
_
Facebook  |  İnstagram  |  Telegram  |  Whatsapp  |  YouTube

“Elektron jurnal ” layihəsinin tətbiqi genişləndirilir

Pedaqoji və inzibati-idarəetmə heyəti tərəfindən elektron qiymətləndirmənin səmərəli təşkili və sənədləşmə prosesinin rəqəmsallaşması məqsədilə bu istiqamətdə bir sıra təlimlər həyata keçirilib.    Elektron jurnal və gündəlik platformasının əsas bölmələrinin işlənməsi, dərs cədvəlinin tərtib edilməsi, elektron profilin tənzimlənməsi və şagird bölməsi ilə iş mövzularını əhatə edən təlimlərə 114 nəfər peşəkar təlimçinin iştirakı ilə 13 777 nəfər müəllim və 450 nəfər inzibati-idarəetmə heyətinin əməkdaşları qatılıb.

Wednesday, February 16, 2022

Layihə yazılışı üzrə konsultasiya xidməti

 


Əziz Maarifçilər, Maarifçi Təlim və Konsultasiya Mərkəzi çoxsaylı istəkləri nəzərə alaraq "Konsultasiya" xidmətinə start verib.

Xidmətə aşağıdakılar daxildir:
▪️ İdeyanın layihə formasına salınması,
▪️ Layihə təklifinin redaktəsi və düzəlişi,
▪️ Büdcənin hazırlanması,
▪️ Fəaliyyət planının hazırlanması,
▪️ Sənədlərin müsabiqəyə göndərilməsi.

Ətraflı məlumat və konsultasiyaya qeydiyyat üçün bizimlə əlaqə yaradın:

Monday, February 14, 2022

VI qrant müsabiqəyə kimlər müraciət edə bilər?

Azərbaycan Maarifçilər Assosiasiyası grant.edu.az-a istinadən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsində hansı vəzifəyə mənsub şəxslərin iştirak etməsi haqqında məlumatı sizlərə təqdim edir.

Saturday, February 12, 2022

İsmayıllıda "Öz layihəni özün yaz" adlı master klass keçirilib

    

Azərbaycan Maarifçilər Assosiasiyası "Maarifçi" Təlim və Konsultasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə "Öz layihəni özün yaz" adlı layihə yazılışı üzrə Master Klassların keçirilməsinə start verir.

İlk Master Klass 12 fevral tarixində İsmayıllı şəhərində keçirildi. Master Klası "Maarifçi" TKM-nin direktoru Pərviz Bilişzadə giriş sözü ilə açaraq Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqə haqqında müəllimlərə məlumat verdi və iştirakçılara uğurlar arzuladı.

Friday, February 11, 2022

MİQ Qiymətləndirmə Çərçivəsi

   Azərbaycan Maarifçilər Assosisasiyası Azərbaycan Respublikasının Təhsil İnstitutuna istinadən 2022-ci il tarixində keçiriləcək Müəllimlərin İşə Qəbul imtahanında iştirak edəcək namizədlər üçün "Qiymətləndirmə Çərçivəsini" sizə təqdim edir.
   Məlumat üçün bildirək ki, əvvəlki illə müqayisədə bu il proqramda yeniliklər və əlavələr vardır.

Dİgər Maarİfçİ XəbərlərİNİ oxumusan?